Bazar ertəsi , Dekabr 11 2023
azfa

Güney Azərbaycanın İstiqlalçılar Birliyinin rəhbərləri İsveçin Xarici İşlər Nazirliyində görüş keçiriblər-Şəkil

GADTB: Dünən 2018-ci il may ayının 21-də Güney Azərbaycanın İstiqlalçılar Birliyinin rəhbərləri İsveçin Xarici İşlər Nazirliyində olublar. Görüşdə GAİB-nin başqanı sayın Əjdər Tağızadə (GADTB başqanı), GAİB rəhbərliyindən sayın Saleh İldırım (GAİP başqanı), sayın Aydın Maralanlı (GAMYT) və GAİP-in Avropa sorumlusu sayın Səməd Fərtaş iştirak etmişlər.

İsveç Xarici İşlər Nazirliyinin Orta Şərq və İran adlanan yer üzrə məsulu ilə baş tutan görüşdə Güney Azərbaycan İstiqlalçılar birliyinin başqanı sayın Əjdər Tağızadə Güney Azərbaycan həqiqətləri barədə İsveçli rəsmilərə məlumat vermişdir. Başqan Güney Azərbaycanda türklərin qədim tarixə malik olduğu, 40 milyona yaxın Azərbaycan türkünün İran adlanan ölkənin işğalında olan Güney Azərbaycanda yaşadığı və bütün hüquqlarından məhrum edildiyi barədə məlumat verilmişdir.

GAİB-nin rəhbərlərindən sayın Saleh İldırım isə bildirib ki, İran 1946-cı ildə Güney Azərbaycanı işğal edib və soyqırım törədib. Bu gün xalqımıza qarşı mənəvi soyqırım siyasəti davam edir. Azərbaycanlıların bütün hüquq və azadlıqları tapdanıb.

GAİB-nin rəhbərlərindən sayın Aydın Maralanlı isə Güney Azərbaycanda azadlıq uğrunda hərəkatdan danışaraq, xüsusilə son illərdə davam edən Güney Azərbaycanda Hərəkatından məlumat vermiş, 40 milyon Azərbaycan türkünün bütün hüquqlarında məhrum edildiyini vurğulamışdır. O qeyd etmişdir ki, İsveç dövləti Güney Azərbaycanla bağlı bu həqiqətləri nəzərə almalıdır.

Güney Azərbaycanın İstiqlalçılar Birliyinin rəhbərləri birlikdə qeyd etdilər ki, 40 milyon Azərbaycan türkü öz hüquqlarını əldə etmək və işğalçı farsları Güney Azərbaycandan çıxarmaq niyyətindədir. İsveç rəhbərliyi də bu məsələni və öz mənafeyini nəzərə almalıdır. Görüşdə qeyd olundu ki, İsveç dövləti Güney Azərbaycanda rejim tərəfindən insan haqlarının kobud şəkildə tapdandığını nəzərə almalıdır.

İsveç Xarici İşlər Nazirliyinin Orta Şərq və İran adlanan yer üzrə məsulu isə bildirdi ki, İsveç rəsmiləri hər zaman BMT-nin insan haqları təşkilatlarında İranda, eləcə də insan haqları pozulan s. ölkələrdə insan haqları məsələsini gündəmə gətirir. İran adlanan yerdə rejimin məsulları ilə görüşəndə də insan haqları məsələsini önə çəkilir.

Güney Azərbaycanın İstiqlalçılar Birliyinin rəhbərləri qeyd etdilər ki, İsveç rəsmiləri İran adlanan yerə gedəndə Təbrizə, Ərdəbilə, Urmiyaya və s. Azərbaycan şəhərlərinə getmirlər ki, orada yaşayan millətimizin durumunu görsünlər.

İsveç Xarici İşlər Nazirliyinin Orta Şərq və İran adlanan yer üzrə məsulu sonda qeyd etdi ki, biz sizinlə hər zaman Güney Azərbaycan məsələsi ilə bağlı fikir mübadiləsi aparacağıq. Siz də hər zaman istəsəniz bu barədə bizimlə görüşə və bizə Azərbaycan həqiqətlərini çatdıra bilərsiz. Biz də öz işlərmizdə bunu nəzərə alarıq.

 

 

Həmçinin yoxlayın

Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü ərəfəsində Təbrizdə Mircəfər Pişəhvəri plakatları yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalları dünən Azərbaycan Milli Hökumətinin …

İrqçi dairələr Ərdəbil Tibb Elmləri Universitetinin öyrəncisini universitetdən qovmaqla hədələyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil Tibb Elmləri Universitetinin öyrəncisi universitetin mühafizəsinə çağırılaraq, …

Bir cavab yazın