Şənbə , Oktyabr 17 2026
azfa

Güney Azərbayca və İran şəhərlərində etiraz aksiyası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, axşam saatlarında bir sıra  Güney Azərbayca və İran şəhərlərində etiraz aksiyası keçirilib.

Güney Azərbaycanın Təbriz,  Kərəc, Tehran, Qəzvin, Həmədan, Ərak və s. şəhərlərdə etiraz aksiyası keçirilib.

Təbrizdə etiraz aksiyası Vəliəsr bölgəsində baş tutub.

Həmçinin İranın İsfahan, Məşhəd, Sənəndəc, İze və s. bir neçə şəhərdə hökumət əleyhinə nümayiş keçirilib.

Sənəndəc şəhərində etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma olub, bir neçə avtomobil yandırılıb.

İnsan haqları müdafiəçiləri onlarla etirazçının həbs edildiyini, bir neçə nəfərin yaralandığını bildirirlər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …