GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim interneti tamamilə kəsib və Güney Azərbaycanı informasiya blokadasına saldığına görə davam edən etirazların video, şəkil və xəbərlərini əldə etmək qeyri-mümkün olub.
Hətta etirazlarda şəhid olan azərbaycanlıların kimliyini də müəyyən etmək mümkün deyil. Yalnız Azərbaycan şəhidlərindən birinin kimliyi hələlik məlum edilib. Onun adının Əli Hüseyni olduğu elan edilib.
Qeyd edək ki, Əli Hüseyni Təbrizin Bağmeşə məhəlləsinin sakini olub və 16 noyabrda etirazlarda rejimin qüvvələri tərəfindən güllə ilə vurulub.