Çərşənbə , Oktyabr 21 2026
azfa

Güney Azərbaycan mədənlərinin talanması sürətlə dava edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan müxtəlif bölgələrinin mədənlərinin talanması sürətlə dava edir.

Artıq rejimin Sulduzdakı rəsmiləri də bu bölgənin mədənlərinin xam material şəklində satılıb talanmasına etiraf edir.

Sulduz Sənaye, Mədənlər və Ticarət idarəsinin rəisi Qurban Ənuşə bildirib ki,lazımi infrastruktur yaradılmadığı üçün mədəndən çıxarılan xam material olduğu kimi satılıb və daşınıb aparılır. O deyib ki, “bu şəhristanın mədənlərinin nominal istehsal gücü 124 min tondur.

Sulduzdaki mədənlərdən çıxarılan 124 min ton mineraldan, 70 min tonu elmal olunub. Mədənlərdən çıxardılan əsas daşlar o cümlədən çəhrayı mərmər, mərmərit, silisium, ağ mərmər, boz mərmər, bal rəngi mərmər, əhəng daşı, malone, qum və şin, dağ materiallarıdır. Bunların arasında çəhrayı mərmər ən bahalı və əhəmiyyətli dekorativ daşlardan sayılır. Həmin mərmər Türkiyə, İtaliya, Çin və s. Asiya və Avropa ölkələrinə ixrac olunur və Yaxın Şərqdə bənzərsiz daşlardan biridir”.

Onun sözlərinə görə, Sulduzda 27 mədən ocağı qeydiyyata alınıb, onlardan 12-si fəaldır, qalan mədənlər isə sanksiyalar səbəbindən ixracat və satış kimi problemlərlə qarşılaşıb.

O, bölgədə fəal olan mədənlərdə 200 nəfər birbaşa və 1500 nəfər də dolayı yolla işlədiyini bildirərək, bu mədənlərdə çalışanların böyük əksəriyyətinin yerli olduğunu söylədi.

Ənuşəyə görə, bu sahədə emalatxana açmaq və sərmaya yatırmaq istəyənlərin banklar tərəfindən uyğun maliyyə ilə dəstəklənməməsi və ölkə daxilində kifayət qədər satışın olmamasını bu sahənin digər problemlərindəndir.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …

Bir cavab yazın