Cümə , Oktyabr 23 2026
azfa

Güney Azərbaycan müstəqillik uğrunda etirazlara hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın 8 siyasi təşkilatının birgə bəyanatından sonra Azərbaycan milləti Güney Azərbaycanın bütün şəhər və qəsəbələrində irqçi fars müstəmləkəçiliyindən qurtarmaq və müstəqillik əldə etmək uğrunda qiyama hazırlaşmaqdadır. Bu gün axşam saatlarından başlanan etirazlar və tətillərin davam etdirilməsinə təkid edilir. Güney Azərbaycan təşkilatları və fəalları azərbaycanlı ordu, SEPAH, polis və bəsic qüvvələrini də Azərbaycanın müstəqillik uğrunda qiyamında xalqın sıralarına qoşulmağa çağırır. Azərbaycan bütün Azərbaycan türklərinindir. Hər bir azərbaycanlı və o cümlədən də ordu, SEPAH, polis, bəsic və hər bir vəzifəli azərbaycanlı müstəqil Azərbaycanda türk düşməni olan fars müstəmləkçilərinin əsiri edilmiş Azərbaycandan daha yüksək vəzifə tutub, daha firavan yaşayacaq.

Güney Azərbaycan qiyamında ancaq türkcə və Azərbaycanın milli mənafeyi və müstəqilliyi uğrunda şuarlar səsləndiriləcək.

Həmçinin yoxlayın

Quluncu kəndində tarixi türkcə məhəllə adları bərpa edilib

GADTB: Quluncu kənd bələdiyyəsi kəndin məhəllələrinə aid çoxsaylı tarixi türk adları küçələrdə quraşdırılan lövhələrdə əks …

Təbrizdə 70 günlük mübarizədən sonra azərbaycanlı körpəyə Sayqı adına doğum şəhadətnaməsi verilib

GADTB: Təbrizdən olan azərbaycanlı ailə 70 gün davam edən müraciət və mübarizədən sonra qız övladına …

Bir cavab yazın