Çərşənbə , Mart 19 2025
azfa

Güney Azərbaycan tarixi abidələrinin məhvinə çalışan İran mənimsədikləri İraqdakı tarixi abidəni bərpa edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda tarixi abidələrin məhvinə çalışan İran rejimi azərbaycanlıların pulu hesabına  mənimsədikləri İraqdakı Taqi Kəsra tarixi abidəsini bərpa edir.

İranın Mədəni İrs Nazirliyi İraqda Taqi Kəsra kimi tanınan və Sasani dövrü abidəsi hesab edilən binanın bərpasına 600 min dollar vəsait ayırıb.

Yanvar ayının 16-da İranın Mədəni İrs naziri Əli Əsgər Munisan abidənin tarixi dəyərini nəzərə alaraq Mədain eyvanının yenidən qurulması üçün əlaqədar dövlət qurumları ilə danışıqlar apardığını, lazim olan büdcənin ayrılması barədə razılıq verildiyini bildirib.

İrqçi fars rejimin Mədəni İrs Nazirliyinin heyti bununla bağlı təcili işə başlayıb. Tezliklə Nazirliyin bir qrup mütəxəssisi və rəhbərlik İraqa yollanıb və abidənib bərpası üçün razılıq əldə edib işə başlayacaqlar.

İrqçi fars rejim Güney Azərbaycanda isə tarixi abidələri dağıtmağa cəhd göstərir.

Həmçinin yoxlayın

BMT: “İranın xalqı sıxışdırmaq üçün edamdan istifadə etməsindən narahatıq”

GADTB: BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Cenevrədə keçirilən İnsan Haqları Şurasının …

Molla rejimə alət olan kürd terrorçular Paşinyanın Qarabağda yallı getdiyi kimi Urmiyada yallı getdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlər irqçi fars-molla rejimin rəsmi razılığı ilə …