Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycan və İran şəhərlərində etirazlar davam edir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən və gecə boyu bəzi Güney Azərbaycan və İran şəhərlərində etirazlar davam edib.

Güney Azərbaycanın Ərdəbil, Astara, Urmiya, Ərak, Tehran, Kərəc və s. şəhərlərində dünən və gecə boyu etirazlar davam edib.

Ərdəbildə məktəbli qızlar küçə yürüşü keçirərək rejimə qarşı şüarlar səsləndiriblər. Molla rejimi məktəbli qızlardan bir neçəsini yaxalayıb. Lakin hələlik onların kimliyi barədə məlumat yayılmayıb.

Urmiya, Astara, Ərak və s. Güney Azərbaycan şəhərlərində kütləvi etirazlar keçirilib. Tehranın əksər məhəllələri etirazçıların nəzarətində olub.

İranın bir çox şəhəri, o cümlədən İsfahan, Məşhəd, Şiraz, Saqqız, Sənəndəc, Gilan və bir çox digər şəhərlərdə kütləvi mitinqlər keçirilib.

https://www.youtube.com/shorts/zr2mMrVuaas

https://www.youtube.com/shorts/idm4YgoQL-M

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …