GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın bəzi şəhərləri, o cümlədən Qoşaçay və Urmiyada azərbaycanlı fəallar 26 Azər- pəhləvi rejimi tərəfindən Güney Azərbaycanda türkcə kitabların yandırılmasının ildönümü ilə bağlı uşaqlara türk dilində çap edilən kitablar paylayıblar.
Qeyd edək ki, hər il 26 Azərlə bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində uşaqlara türk dilində çap edilmiş kitablar paylamaqla irqçi fars rejimin türk dilini qadağan etməsinə etiraz edilir.