GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanadan olan sənətçi Məcid Əsri ana dili ilə bağlı yeni mahnı bəstələyib.
Azərbaycanlı sənətçinin şagirdləri ilə birlikdə çəkdirdiyi “dil evin varlığıdır” klipi Güney Azərbaycanda sosial şəbəkə istifadəçiləri arasında böyük maraqla qarşılanıb.
Məcid Əsri mahnını klipini özünün sosial şəbəkə səhifəsində paylaşıb.
Paylaşımda Məcid Əsri yazıb: “Bu il də, “dil varlığın evidir” sözünü düşünərkən, gələcək nəslimizə bu möhtəşəm varlığı pay verən analara qoşulub, ana dilimiz haqda mahnı oxuyub, səs-səsə verdik. Boy atmaqda olan və öz dillərində musiqi tərənnüm etməyi bacaran əlvan çiçəklərimizə eşq olsun”.