Şənbə , Mart 15 2025
azfa

Güney Azərbaycanda Traxtur tərəfdarları milli şüarlar səsləndiriblər

GADTB: Dünən Təbrizin Səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” komandası ilə İsfahanın “Sepahan” futbol klubu arasında keçiriləcək oyunda azərbaycanlı tərəfdarlar milli şüarlarla çıxış ediblər:

“Türk dilində mədrəsə olmalıdır hər kəsə!”;

“Azərbaycan var olsun, istəməyən kor olsun!”

 “Gəlin verək əl-ələ – Azərbaycan var olsun!”;

“Urmu, Zəngan, Ərdəbil – bu səs Təbrizdən gəlir!”

“Azərbaycan! Azərbaycan!

“Azərbaycan qızları, göylərin ulduzları!

Yaşasın Azərbaycan!”

Qeyd edək ki, Fevralın 27-də yerli vaxtla saat 14:30-da Təbrizin Səhənd (Yadiqari İmam) stadionunda baş tutan qarşılaşma 0-0 hesabı ilə qolsuz başa çatıb.

 Bu nəticədən sonra xallarını 46-ə çatdıran “Traxtur” reytinq cədvəlində liderliyini qoruyub saxlayıb.

“Sepahan” 45 xalla 2-ci pillədə qərarlaşıb.

100 minə yaxın tamaşaçının toplaşdığı Səhənd stadionunda Azərbaycan dilində milli şüarlar səsləndirilib.

Azərbaycanlı tərəfdrlar İran parlamentinin qeyri-fars dillərin tədrisi barədə qanun layihəsini təsdiq etməməsinə etiraz olaraq “türk dilində mədrəsə, olmalıdır hər kəsə” və başqa bu kimi şüarlar səsləndiriblər.

Video:

https://t.me/GADTB1/40699

Həmçinin yoxlayın

G7-dən İrana xəbərdarlıq: İran heç vaxt nüvə silahı əldə etməməlidir

GADTB: Dünən Kanadada keçirilən görüşdə “Böyük Yeddilik” (G7) qrupunun xarici işlər nazirləri İranın heç vaxt …

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçiriləcək

GADTB: Bu il Türk Dövlətləri Təşkilatı Milli Təhlükəsizlik Şurası sədrlərinin dördüncü iclası və müdafiə nazirlərinin …