Şənbə , Aprel 20 2024
azfa

Güney Azərbaycanda zəlzələdən 2300 evə ziyan dəyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, cümə günü yerli vaxtla saat 2.17-də Güney Azərbaycanın Şərqi Azərbaycan vilayətində Türk şəhərində 5.9 bal gücündə baş verən zəlzələ nəticəsindəd Miyana və Sarab məntəqələrinin kəndlərində 2300 evə ziyan dəyib.

Zəlzələ həmçinin Qərbi Azərbaycan, Ərdəbil və Zəngan vilayətlərində də hiss olunub. Rejim tərəfindən təhrif edilərək Tərk kimi yazılan Türk Şərqi Azərbaycan vilayətində Miyana məntəqəsinin bir şəhərdir.

Şərqi Azərbaycan vilayətinin Böhran İdarəetmə İdarəsinin direktoru Sarab rayonunun Şalqun kəndində zəlzələ baş verən ərazilərdə qurulan çadırlarda kömürdən istifadənin nəticəsində bir ər-arvadın öldüyünü bildirib.

“Ailənin 14 aylıq oğlu reanimasiyaya aparılsa da, onu xilas etmək mümükün olmayıb”-deyə o xəbər verib.

Miyana rayonunun cümə imamı isə Təsnim xəbər agentliyinə deyib ki, havanın bu soyuq durumunda xalqı çadırlarda yerliçdırmək mümkün deyil. O, dövlətdən zəlzələ bölgələrindəki əhali üçün uyğun məskunlaşma və isitmə sistemlərinin tətbiq olunmasını istəyib.

Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin rəsmi tviter hesabından İranda baş verən zəlzələdə həyatını itirənlərin yaxınlarına başsağlığı verilib köməklik etməyə hazırlıq bildirilib.

İsmayıl Münsif Türk dilli Kömür filminin rejissoru isə çərşənbə günü, noyabrın 13-də satılan bəletlərdən əldə olunan pulun zəlzələdən zərər çəkənlərə ayırdığını bildirib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın