Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycandan olan kolleksiyaçı Şuşa xalçasını Avropadan Şuşaya gətirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan kolleksiyaçı 199 yaşlı Şuşa xalçasını Avropadan Şuşaya gətirdi.

Azərbaycanlı kolleksiyaç həmin xalçanı Azərbaycan Milli Xalça Muzeyinə təqdim edib.

 Almaniyanın Berlin şəhərində yaşayan, “İşıq yol” Azərbaycan Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinin üzvü olan kolleksiyaçı Höccət Abbasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib.

O, vətənindən ayrı düşən bu nəfis əsərin yaxın zamanda öz doğma yurduna qayıdacağını, muzeyin Şuşa filialında sərgilənəcəyini düşündükcə böyük sevinc və xoşbəxtlik hissi yaşadığını bildirib.

Xalçanın ara sahəsi və haşiyələri həndəsi və nabati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib. Muzey rəhbərliyi Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasının nadir sənətkarlıq nümunəsi ilə muzeyin zənginləşməsinə töhvə verən Hocat Abasiyə nəcib təşəbbüsünə görə təşəkkürünü bildirib.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …