Çərşənbə , Oktyabr 14 2026
azfa

Güney Azərbaycandan olan müğənni Türkiyədə rekorda imza atdı – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeni mahnısı işıq üzü görən Güney Azərbaycandan olan müğənni Siyam yenidən rekordlar qıraraq bütün musiqi platformalarında birincilik qazanıb.

Siyam “Qafamın içi” adlı mahnısını məşhur turk müğənnisi Əbru Yaşarla birlikdə oxuyub.

Qeyd edək ki, bundan əvvəl Siyamın Əbru Yaşarla ifa etdikləri “Yoxsan” mahnısı 3 aya 104 milyona yaxın baxış yığıb.

Xatırladaq ki, əsl adı Siyamək Sahibdil Burhan olan sənətçi özünəməxsus üslubu və təsirli səsi ilə geniş pərəstişkar kütləsi qazanıb.

2009-cu ildə Güney Azərbaycandan Türkiyəyə köçən Siyam 2012-ci ildə musiqi karyerasına başlayıb.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …