Şənbə , Oktyabr 17 2026
azfa

Güney Azərbaycanın Ərdəbil şəhərində divarlara milli şüarlar yazılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar Güney Azərbaycanın Ərdəbil şəhərində divarlara milli şüarlar yazmaqla irqçi fars-molla rejiminin müstəmləkəçi siyasətinə edible.

Azərbaycanlı fəallar həmçinin Azərbaycan Milli Hərəkatının tələblərini səsləndirib, Azərbaycan türkcəsinin rəsmiləşdirilməsini və azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.

Azərbaycanlı milli fəallar divarlara o cümlədən aşağıdakəı şüarları yazıblar:

“Türk dilində mədrəsə!

Azərbaycan ədalət istəyir, ayrı-seçkilik yox!

Azərbaycan iqtisadiyyat istəyir, məhbəs yox!

Siyasi məhbuslarımıza azadlıq!

Azərbaycan Milli Hərəkatı müqəddəs “Azadlıq, Ədalət, Milli Hökumət” yoludur!

Azərbaycan milli mübarizə və ədalət diyarıdır, əsarət yox!

Bu gün sussaq, gələcək nəsillərimiz əsarətdə yaşayacaq!

Sonsuza qədər azadlıq, sonsuza qədər istiqlal!”

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …