GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın daşqına məruz qalan Muğan bölgəsinə azərbaycanlı fəallar yardım etməyə çalışırlar.
Güney Azərbaycanın Germi, Biləsuvar, Anqot şəhərləri və ətraf kəndlərdə dağıdıcı daşqınlara səbəb olan leysan yağışları nəticəsində sakinlərin yaşayış evlərinə külli miqdarda ziyan dəyib, bəzi evlər isə yaşayış üçün yararsız hala düşüb.
Həmçinin bir çox təsərrüfatlar və kənd evlərini su basıb, rabitə yollarına, elektrik və su təchizatı şəbəkələrinə ciddi ziyan dəyib.
Daşqınlardan bir neçə gün keçməsinə baxmayaraq, molla rejimi daşqınlar zərər çəkənlərin vəziyyəti ilə maraqlanmır. Sakinlər hökumətin onların şəraitinin yaxşılaşdırılması üçün lazımi addımların atılmamasından şikayətlənirlər.
Azərbaycanlı fəallar bütün təbii fəlakətlərdə olduğu kimi həmin günlər ərzində Engirli, Məçıdlı, Kəmərqaya, Paraqışlaq, Ocaq Qışlaq, Eba Begli və s. kəndlərə içməli su, çörək və yemək paketləri paylayıblar.