
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin əlaltıları Güney Azərbaycanın Sayınqala bölgəsində Azərbaycan türkcəsində yazılmış lövhələr yığışdırıblar.
Sayınqala şəhərinin girişində quraşdırılmış salamlama və xoş gəldiniz yazılmış lövhə bir neçə gün keçdikdən sonra heç bir açıqlama vermədən Bələdiyyə tərəfindən yığışdırılıb.
Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanın Sayınqala şəhərini də kürdləşdirməyi qarşıya məqsəd qoyub və buraya başqa yerlərdə kürdlər köçürür.