Şənbə , Oktyabr 17 2026
azfa

Güney Azərbaycan şəhərlərində pensiyaçılar etiraz aksiyaları keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Şərqi və Qərbi Azərbaycan, Ədəbil, Həmədan və Mərkəzi əyalətlərinin Rabitə sahəsindən işləyib və hazırda təqaüdə çıxmış təqaüdçülər öz yaşadıqları şəhərlərdə etiraz aksiyası keçiriblər.

 Azərbaycanlı təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçılar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.

Qeyd edək ki, son illər tez-tez pensiyaçılar ağır iqtisadi və sosial vəziyyətləri ilə bağlı etiraz aksiyası keçirirlər.

https://t.me/GADTB1/34554

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …