Şənbə , Sentyabr 19 2026
azfa

Güney Azərbaycanın Traxtur klubunun yeni loqosu təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur klubunun yeni loqosu təsdiqlənib.

Artıq yeni loqo iyulun 29-dan istifadə edilməyə başlayıb.

Bununla eyni vaxtda Təbriz klubunun futbolçuları Ankarada təlim düşərgəsini qurub, məşqlərə başlayıblar.

Bu gün məşqlər planına uyğun olaraq “Traxtur” komandası ilə Türkiyənin “Adana Dəmirspor” komandasının qarşılaşması olacaq.

Qeyd edək ki, “Traxturun” yeni loqosunda klubun təsis tarixinin olmaması etirazlara səbəb olmuşdu. Bundan sonra loqoya “Traxtur” klubunun təsis tarixi olan 1970-ci il də əlavə edilib.

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …