Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Güney Azərbaycanlı qadın avarçəkən idmançı ölkəni tərk edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizli qadın avarçəkən və irqçi fars rejimin milli avarçəkmə komandasının üzvü Pərəstu Məhnəmay Əqdəm bundan sonra fəaliyyətini Almaniyada davam etdirəcək.

Təbrizli idmançı İran Avarçəkmə Federasiyasının onu himayə etməməsi üzündən ölkəni tərk edib.

O bu barədə deyib: “Şərqi Azərbaycan avarçəkmə federasiyasında yaranan problemlər və xanım Şəqaqinin mənə qarşı məhkəmə şikayətindən sonra məni saxlamaq üçün dəfələrlə bizim evə gəlmişdilər. Mənim idman fəaliyyətlərimə qadağa qoyulmasından sonra mühacirət etməyə qərar verdim. Mənim mühacirət etmə xəbərim doğrudur bunu öz Instagram hesabımda da bildirmişəm.”

Əqdəm kanoe idman növündə Beynəlxalq Azərbaycan Respublikası kuboku müsabiqələrində 200 metr və 500 metr məsafə müsabiqələrində iki qızıl medal qazanmışdı. Çində təşkil edilən Sakit Okean Su Marafonu Dünya Kubokunda o, 42 idmançı arasında 7-ci olmuşdu.

Təbrizli atlet daha öncə İRNA xəbər agentliyi ilə müsahibədə İran milli kanoe komandasından ayrılma səbəbini izah edərkən avarçəkmə federasiyasının idmançılarla ədalətsiz rəftarına görə tənqid etmişdi.

Azərbaycanlı idmançıların ölkəni siyasi-iqtisadi səbəblər üzündən tərk etməsi anormal hal deyil.

Bu yaxınlarda cüdoçu Dünya Cüdo Çempionatında İran hakimiyyətinin İsraildən olan rəqibi ilə üzləşməsinə qoyduğu qadağa üzündən qəsdən digər idmançıya məğlub olan Səid Mollai Monqolustan vətəndaşlığı alaraq artıq bu ölkə adından yarışlarda iştirak edəcəyini bildirib.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın