Bazar ertəsi , Sentyabr 25 2023
azfa

Güney və Quzey Azərbaycan keçid məntəqələrində sıxlığın aradan qaldırılması üçün 24 saatlıq iş rejiminə keçiləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney və Quzey Azərbaycan arasında keçid məntəqələrində yaranan mövsümi növbələrin aradan qaldırılması üçün təkliflər hazırlanıb.

Bu barədə Xaçmazda jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitənin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı razılıq əldə olunub. “İran tərəfi 24 saatlıq iş rejiminə keçməklə bağlı öz təklifini bildirib. Biz də müraciət etmişik ki, Gömrük Komitəsinə müvafiq kadr sahəsində, bu istiqamətdə kadrların artırılması istiqamətində köməklik lazımdır,” – deyə A. Əliyev qeyd edib.

Komitə sədri bununla bağlı hökumət və maliyyə nazirliyinə təkliflərin verildiyini də bildirib: “Bununla bağlı müəyyən təşkilati işlər də var. Mənə elə gəlir ki, 24 saatlıq iş rejiminə keçəndən sonra bu tıxaclar aradan qaldırılacaq”.

Həmçinin yoxlayın

Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət …

Azərbaycanda Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya ilə əlaqədar cinayət işi açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Baş Prokurorluq Qərbi Azərbaycandan deportasiya ilə əlaqədar cinayət …

Bir cavab yazın