
GADTB: Çolak Albaniyanın knyaz nəslidir.
Həmin knyazlıqların əhalisi gürcü deyildi. İndikilərdən fərqli olaraq köhnə nəsil erməni və gürcü tarixçiləri bunu etiraf edirlər. Yazırlar ki, Gürcüstanın Ana kəndlərinin əhalisi Albaniyadan gəlmədir (Адонц 1908, 56-57, 420;
Орбели 1911. 6).
Baqrationlar Kaxetini XI əsrdən sonra gürcülənşdirməyə başladılar.
XIX əsrdə yaşamış arxeoloq və tarixçi P.İ.İoseliani yazır: – Albaniyanın ən döyüşkən nəsilləri işğalçılara boyun əymirdilər. Kaxetinin dağlarına çəkilir, Alazan və İori çaylarının meşəli sahillərində yurd salırdılar. Həmin nəsillər Çolak, Uti, Çumlak, Çor, Er, Turdu və başqaları idi (Иоселиани 1866, 6, 7).
Kaxeti daim müstəqil çarlıq kimi Kartli ilə hərbi münaqişədə olmuş, yalnız rus işğalından sonra onların arasındakı döyuşlərə son qoyulmuşdur. İki çarlıq arasında amansız mübarizənin kökü onda idi ki, kaxetiyalılar gürcü deyildilər. P.İ.İoselianinin dediyi kimi, tatar və ya alban mənşəli idilər.
Bunu gürcü katolikoslarının daşıdığı titullardan daha aydın görmək mümkündür. Nə zaman ki, Kartli çarı Kaxetini özünə tabe edirdi, o zaman gürcü katolikosu özünü gürcülərin və albanların dini rəhbəri adlandırırdı (Иоселиани 1866, 7).
Mingəçevir yazılarında tanrı və buğa sözləri aydın oxunur.
Söz yox ki, gürcülərin kilsə başçısı bütün albanların dini rəhbəri deyildi. O yalnız özünü Kaxetidə yaşayan albanların dini başçısı saya bilərdi.
Şərti olaraq Sinay Alban yazısı adlandırılan perqamentin dili bütün albanların dili deyil. Albaniyadan İberiyaya köçən, XII əsrədək öz tarixi köklərindən xeyli uzaqlaşan utilərin dilidir. Zaza Aleksidzenin həmin dili “son Alban dili” adlandırması gerçəkliyə uyğun deyil. Utilər Bərdə ətrafında yaşayanda Aran dilinə daha yaxın olan bir dildə danışırdılar.
V əsrə aid Mingəçevir yazılarında Tanrı sözü aydın oxunur. Sinay perqamentində onu görmürük. Güman edirik ki, nə zamansa albanların daha qədim əlyazmaları tapılacaq. Erməni və gürcü dilçilərinin uydurmaları su üzərindəki köpüklər kimi yoxa çıxacaqdır.
Dilçilik İnstitutunun əsərləri.
2012, № 2, s. 32-31.
İlhami Cəfərsoy,
Tarixçi Alim.