Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Həbs edilən azərbaycanlı fəallar Ərdəbil zindanında döylüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi tərəfindən iyul ayının 2-də Ərdəbildə yaxalanaraq, bu şəhərin zindanında həbs edilən 5 nəfər azərbaycanlı fəal rejimin təhlükəsizlik orqanlarının tərəfindən döydürülüb.

İrqçi fars rejimin təhlükəsizlik orqanlarının təhriki və göstərişi ilə bir neçə məhbus həbs edilən azərbaycanlı fəallar Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Mehdi Huşmənd və Səid Sadiqifərlə dava salıb, onları döyərək yaralayıblar.

Bu döyülmə nəticəsində Rəhim Qulaminin dişi sındırılıb, Əli Vasiqinin isə sağ gözündən xəsarət yetirilərək, gözünün altı göyərib.

Həbs edilən digər azərbaycanlı fəallar da kəskin bədən xəsarəti alıblar. Bundan məqsəd isə azərbaycanlı milli-mədəni fəalları öz müqəddəs yolundan döndərməkdir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın