GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Həfttəpə Şirkətinin etiraz aksiyası keçirən işçilərindən təxminən 40 nəfərini polisə çağırıb.
İşçilərin kütləvi şəkildə polisə çağırılması Həfttəpə Şirkətinin işçilərinin həmkarlarının işdən çıxarılmasına etiraz aksiyası keçirməsindən sonra baş verib.
Həfttəpə Şirkətinin işçilərinin Həmkarlar İttifaqının məlumatına görə, işçilər etiraz aksiyası keçirdikləri üçün Şuşda polisi tərəfindən çağırılıblar: “Şirkətin rəhbərlərindən biri olan Ümid Əsədbeyqi işdən çıxarılan işçilərlə danışıqlar aparmaq istəsə də, bu təklif işçilər tərəfindən rədd edilib və cavabında onlar işdən çıxarılan bütün işçilərin qeydsiz-şərtsiz işə qaytarılmasını tələb ediblər”.