Çərşənbə axşamı , Oktyabr 3 2023
azfa

Hersoqun Bakıya səfərinə molla rejimi dolayı yolla reaksiya verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrail Prezidenti İshaq Hersoqun Azərbaycana səfərinə münasibət bildirib.

O özünün Tvitter hesabında bu barədə paylaşım edib.

 “Sionist rejimin regional fəallıqlarından heç biri İranın iti nəzərlərindən yayınmır. Bu səfərlər və bölgədəki fəaliyyətlə saxta rejimin sarsılmış daxili bünövrəsini düzəltməyə kömək etməyəcək”, – Kənani deyib.

O, İran rəsmilərinin İsrail dövləti barədə iddialarını təkrar edərək, bu dövlətin gələcəyinin olmadığını bildirib.

Qeyd edək ki, İsrail Prezidenti Hersoqun Azərbaycana səfəri və iki ölkə arasında əməkdaşlıq müqavilələrinin imzalanması İran mediası tərəfindən geniş müzakirə edilir. Tehran dövlət mediası İsrailin Azərbaycanla yaxınlaşmasını İranın mənafeinə zidd olan Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlardan biri kimi dəyərləndirir.

Həmçinin yoxlayın

İzmirdə “Urmu gecəsi” musiqili tədbir keçirilib

GADTB: Güney Azərbaycan Kültür Mərkəzinin təşkilatçılığı və İzmir Konak bələdiyyəsininin dəstəyi ilə Nazim Hikmət kültür …

Azərbaycanlı tələbə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə yürüş etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Güney Azərbaycandan …