Bazar , Sentyabr 6 2026
azfa

Hizbullahı Qasım Süleymani terroçu kürd təşkilatlarına köməyə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əsədə bağlı milis güclərinin və İrana bağlı terrorçu Hizbullahın Afrinə girmə cəhdinin arxasından İran İnqilab Mühafizəçiləri Korpusunun Yaxın Şərq üzrə komandiri Qasım Süleymanı çıxıb.

Avropa.info xəbər verir ki, Hizbullah və Əsədə bağlı milis güclərinin əsl hədəfinin Afrin deyil, 4 ildir ki, müxaliflərin nəzarətində olan məhbusu Fua və Kefreya kəndləri olduğu bildirilir.

Türkiyənin “Yeni Şəfəq” qəzetinə danışan ASO komandirlərindən olan Muhanne Ceffale Afrinə hücum əmrinin Qasım Süleymani tərəfindən verildiyini deyib.

“Onların əsl hədəfi Fua və Kefreya kəndləridir. Hizbullah və digər milis gücləri oraya çatmaq üçün Afrində PKK-dan istifadə edəcək. Layihəni idarə edən şəxs isə generalı Qasım Süleymanıdir.”

Qeyd edək ki, iki gün öncə bir qrup Əsəd tərəfdarı olan İran dəstəkli şiə milis gücü Afrinə girməyə cəhd edib. Bir qismi irəliləyən konvoyun bri qismi isə U dönüşü ilə Afrin sərhədindən qayıdır. İrəliləyən milislərə Türkiyə ordusunun havadan zərbə endirməsi nəticəsində onlar da geri dönmək məcburiyyətində qalıb.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …

Bir cavab yazın