Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Human Rights Watch İran rejimini məhbuslara işgəncə verməyi dayandırmağa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Human Rights Watch Tehranda yerləşən Evin zindanının kameralarının çəkdiyi videogörüntülərin hak edilməsi nəticəsində ələ yayılan görüntülərlə bağlı bəyanat yayıb.

Təşkilat İran məsullarından məhbuslarla pis davranışa son qoymağı və rejimdən bu məsələ ilə bağlı araşdırma aparmağa icazə verməyi tələb edib.

Bəyanatda videolara istinadla zindan məsullarının məhkumlara işgəncə vermələri, habelə bir-biri ilə dava edən və ya özlərinə xəsarət yetirən məhbuslara heç bir müdaxilə etmədiklərini vurğulayır.

Təşkilat qeyd edir ki, belə halların insan haqları qruplarının uzun illərdir İran həbsxanalarında yaşanan işgəncələr və prosedur qaydalarının pozulması ilə bağlı hazırladıqları sənədləri təsdiq edir.

Təşkilat bildirib: “Təqribən 20 ildir ki, İran rəsmiləri müstəqil müfəttişlərə bu ölkə zindanlarına baxış keçirməyə icazə vermir. Onlar (İran rəsmiləri) İran zindanlarında məhkumların hüquqlarının pozulması ilə bağlı ittihamların araşdırılmasından imtina edərək, işgəncəyə məruz qaldıqlarını deyən məhbuslara qarşı isə cinayət işləri açırlar”.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …