Cümə , Oktyabr 16 2026
azfa

İki türk ölkəsi Azərbaycan Özbəkistan təlimə başlayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən cari il ərzində iki ölkə arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təlimin birinci qərargah danışıqlarının keçirilməsi məqsədilə Özbəkistan nümayəndə heyəti Azərbaycana səfər edib. Özbəkistanlı nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında keçiriləcək kompüter dəstəkli taktiki komanda-qərargah təlimi haqqında brifinq təqdim olunub.

Bildirilib ki, təlimin məqsədi, icra olunacaq tapşırıqlar və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılan görüşün sonunda komanda-qərargah təliminin yekun protokolu imzalanıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …