Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Tehranın cavab hücumu olacağı təqdirdə İsrail İranın nüvə obyektlərinə hücuma hazırdır

GADTB: Londonda yerləşən “Elaph News” xəbər verir ki, İran hökuməti ötən həftə Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq birbaşa İsrailə hücum edərsə, İsrail İrandakı hədəflərə zərbə endirməklə cavab verəcək.

“The Times of İsrael” adı açıqlanmayan Qərbin təhlükəsizlik rəsmisinə istinadən yazıb ki, İsrail son günlər İranın nüvə obyektlərini və digər infrastrukturlarını hədəfə almaq üçün hazırlıqları əhatə edən hava təlimləri keçirib.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant da aprelin 7-də İsrailin İranla mümkün qarşıdurmaya hazırlığın tamamladığını açıqlayıb./Azad İran

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …