Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimin həbs etdiyi daha üç azərbaycanlı xanım fəalın kimliyi məlum olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin Güney Azərbaycanda həbs etdiyi daha üç azərbaycanlı xanım fəalın kimliyi məlum olub.

Güney azərbaycanlı fəallar Ayda Sədiqi, Fatimə Atəşi və Səhila Əsğəri fevralın 5-i və 6-sı tarixlərində molla rejimin ETTELAAT qüvvələr tərəfindən həbs edilərək ETTELAAT İdarəsinin Evin zindanındakı təcridxanasına aparılıblar.

Məlumata görə, bu ilin fevral ayında Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehranda 28 nəfər molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilib. Onlardan bəziləri hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılırlar.

Qeyd edək ki, Evin zindanında saxlanılan azərbaycanlı milli fəallar Səid Camalzadə, Baqir Hacızadə, Ayaz Seyfxah, Kamal Nuri, Araz Aman, Tahir Nəqəvi, Kərəm Mərdanənin isə həbs müddətləri artıq üçüncü aya qədəm qoyub.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …