Cümə , Oktyabr 4 2024
azfa

İnsan Haqlarının Monitorinq Təşkilatının illik hesabatı: İranda etirazlar davamlı yatırılır və etirazçılar öldürülür

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”-a istinadən yaydığı məlumata görə, İnsan Haqlarının Monitorinq Təşkilatı tərəfindən hazırlanan hesabatda İranda etirazçılar, milli və dini azlıqlar, habelə rejim tərəfindən ən azı 254 nəfərin edam edilməsi ilə bağlı məlumatlar yer alıb.

Məlumatda habelə internetin məhdudlaşdırılması, yanacaq və yük daşıyanların öldürülməsi haqqında da bilgilərə yer verilib.

Sözügedən təşkilatın illik hesabatı yanvarın 13-də yayılıb.

Raporda deyilənə görə, ötən üç ildə İranın əmniyət qüvvələri geniş etiraz aksiyalarını xüsusi amansızlıqla yatırıblar.

Burada eyni zamanda qeyd olunub ki, etirazçılardan bir çoxu əmniyət qüvvələrinin zərbələri nəticəsində yaralanıb, öldürülüb və bir çoxu da polis tərəfindən tutularaq ağır işgəncələrə məruz qalıb.

İnsan Haqlarının Monitorinq Təşkilatının Yaxın Şərq üzrə müdir müavini Maykl Peyc bu barədə deyib: “İran hakimiyyəti millətin mədəni, siyasi, iqtisadi və sosial hüquqları ilə bağlı tələblərini boğaraq bütün xalqa sarsıdıcı zərbə vurur”.

Həmçinin yoxlayın

İsrail Suriyada silah anbarını bombalayıb, Sepah-ın hərbi müşaviri öldürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Sepah-ın Suriyadakı hərbi müşaviri Məcid Divanini üç …

Təbrizdə tarixi Gülüstan bağının dağıdılması davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim Təbrizdə tarixi Gülüstan bağıtmağa davam …