Şənbə , Aprel 18 2026
azfa

İran adlanan ölkə Ərdəbil vilayətində qış turizminin inkişafına da mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil vilayətinin qış turizmi baxımından zəngin potensiala malik olmasına baxmayaraq, bu turizm sahəsi üçün lazımi infrastruktur yaradılmayıb. Bunun əsas səbəbi isə İran dövlətinin Güney Azərbaycana qarşı ayrı-seçkilik siyasətidir. Bunun nəticəsində hər bir şəraitə malik olmasına baxmayaraq Ərdəbil vilayəti qış turizmindən tamamilə bəhrəsiz qalmışdır.  

Ərdəbil vilayətində turizm sahəsinə diqqət yetirilmədiyi üçün yalnız yaz və yay mövsümündə turistlər bu gölgənin təbii və tarixi gözəlliklərini görmək üçün buraya gəlir. Lazimi infarstruktur yaradılmadığı üçün hava soyuduqda turistlərdə qeybə çəkilir. Halbuki, qış turizmi, xüsusilə dağ xizəyi və s. turizm və əyləncə növlərinə burada şərait yaratmaqla bölgənin iqtisadiyyatı inkişaf edə bilər.

Ərdəbil vilayətində bu sahədə vəziyyət o qədər acınacaqlıdır ki, artıq Ərdəbil vilayətinin yerli məsulları bu vilayətin qış turizmi imkanlarının olmadığına etiraf edirlər. Ərdəbil Vilayətinin Mədəni İrs İdarəsinin direktoru Kərim Hacızadə qış turizminin Ərdəbil inkişaf etdirilməsi zərurətinə toxunaraq qeyd edib ki, Savalanın hündürlüklərinə, Ağdağ və s. bölgələrdə dağ xizəyi və s. qış turizmi infrastrukturunun yaradılması zəruridir.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın