Cümə axşamı , Mart 28 2024
azfa

İran adlanan ölkə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təhrif edib

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, İran adlanan ölkə Azərbaycan tarixini və Azərbyacan həqiqətlərini təhrif etmək məqsədilə hər növ rəzalət və hiyləyə əl atmaqdadır. Rejimin göstərişi ilə Ərdəbil vilayətinin müxtəlif şəhərlərində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təhrif edilməsi və həmin günün 19 yanvara (19 yanvardan 20 yanvara keçən gecə və ya 20 yanvar faciəsi günü) keçirilməsi ilə bağlı mərasimlər keçiriblər.  

Mərasimlərdən məqsəd isə sərhəd hərəkatı və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təhrif etmək, həm də 20 yanvar faciəsini hədəf almaqdır. Üstəlik Azərbaycanlıların sərhədi sökməsini onların İrana birləşməsi kimi qələmə verilməsi qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, İran rejimi illər öncədən Azərbaycan həqiqətlərini təhrif etmək məqəsdilə çoxsaylı tədbirlər keçirməkdədir. Bu barədə də 19 yanvar ərəfəsində artıq rejimin göstərişi ilə Ərdəbil vilayətinin müxtəlif şəhərlərində Azərbaycan tarixi və həqiqətlərinin təhrifi istiqamətində tədbirlər davam edir. Hətta Azərbaycanlıların Həmrəylik Günü “Müsəlman Azərilərin Günü” kimi təhrif edilmiş formada təqdim edilir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın