İran adlanan ölkədə daha 3 ekoloji fəal casusluq ittihamı ilə həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi azərbaycanlı ekoloji fəal Seyid İmaminin həbsi və zindanda öldürülməsindən sonra casusluq ittihamı ilə ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərən daha 3 nəfər həbs edilib.

Bu barədə irqçi fars rejiminin məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi açıqlama verib. O bildirib ki, 3 nəfər ölkənin cənubunda Hormuzqan vilayətində yaxalanıb.

“Bu işlə bağlı bir neçə nəfər ittiham olunur, lakin onların arasında əcnəbi vətəndaş yoxdur. Son günlər Hormozqanda 3 nəfər saxlanılıb. Birləşmiş Ştatlar və İsrailin ölkəyə nüfuz etməyə çalışması ciddi məsələdir”, – deyə sözçü bildirib.

Qeyd edək ki, irqçi fars rejimi bir müddət öncə azərbaycanlı universitet müəllimi və ekoloji fəal Seyid İmamini yaxalayaraq, zindanda öldürmüşdür.

 

Həmçinin yoxlayın

“Traxtur”un çempionluğu münasibətilə 200 məhbus azad edildi

GADTB: Güney Azərbaycanın “Traxtur” komandasının çempionluğu münasibətilə Təbriz, Zəncan, Urmiya və Ərdəbil şəhərlərinin həbsxanalarında saxlanılan …

Molla rejimi həmədanlı müəllim İrəc Ənsarini həbs edib

GADTB: Təqaüdçü müəllim və Həmədan Müəllimlərinin Həmkarlar İttifaqının idarə heyətinin üzvü İrəc Ənsari çərşənbə günü …

Bir cavab yazın