Cümə axşamı , Dekabr 26 2024
azfa

İran adlanan ölkənin qonşu ölkələri qarışdırdığı bir daha ifşa olundu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley İran adlanan ölkənin dağıdıcı siyasəti barədə deyib: “İran son aylar İraqa qarşı təcavüz siyasətini genişləndirərək bu ölkəyə qarşı yeni iddialarla çıxış edib”.

Nikki Haley İraqda Tehrandan gələn silahlardan istifadə edildiyini, İranın bölgəyə raketlər göndərdiyini bildirib. Həmçinin qeyd edib ki, İran İraqdakı dəstəkçilərinə açıq şəkildə təlim verir.

BMT-də Fəlsətinlə bağlı müzakirələrdə çıxış edən Nikki Haley “Orta Şərqdə münaqişəyə yol açan bir ölkə var, bu ölkə İsrail deyil, İrandır. İranın İraqdakı hədəfi Tehrandan Ağ dənizə gələcək silah və hərbçilər üçün öz nəzarətində olan mərkəz yaratmaqdır. İran son aylar aqressivliyini artırıb. İraqdakı dəstəkçilərinə açıq təlim verir”. İranın İraqı zəiflətməyə çalışaraq özündən asılı vəziyyətə salmağa cəhd etdiyini deyən Haley “Beləliklə zəifləmiş İraqdan istifadə edərək  terror fəaliyyətini genişləndirməyə çalışır”,- deyə vurğulayıb.

Həmçinin yoxlayın

Ərşad Salehi Azərbaycanın Bağdaddakı səfirliyinə baş çəkdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a …

Güney Azərbaycandan qaşqay türklərinə dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycan Ərdəbildən olan milli fəalları İran …

Bir cavab yazın