GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bir daha Avropa Birliyi ilə ticarəti sadələşdirmə sistemi üçün yenə hədə-qorxu gəlidi və dedi ki, Avropa Birliyi İranla ticarəti sadələşdirmək üçün hazırladığı qanun layihəsinin tətbiqinə başlamalıdır.
“Artıq İranın səbir kasası daşır. Avropa Birliyi sözügedən qərarı qəbul etməlidir. Əks halda gələcəkdə baş verənlər nə onlar, nə də bizim üçün yaxşı olacaq”, – Salehi bildirib.