Çərşənbə axşamı , Sentyabr 17 2024
azfa

İran erməni təcavüzünü pislədiyinə görə yaxaladığı Hüseyn Məhəmmədianı məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə İranın yaxaladığı və girov qarşılığında zaminə buraxdığı Hüseyn Məhəmmədian rejim tərəfindən məhkəməyə çağrıldı.

Azərbaycanlı fəal Hüseyn Məhəmmədian özünün “instagram” hesbında bu haqda məlumat verib.

O yazıb ki, aldığı iki onlayn bildirişlərlə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə və Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsinə çağrılıb.

Onlayn bildirişdə yazılıb ki, fəal ona qarşı irəli sürülmüş “Sistem əleyhinə təbliğat” ittihamına baxılması üçün dekabrın 27-də saat 10-da rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

Digər bildirişə əsasən fəal “İctimai asayişi pozmaq” ittihamına görə yanvarın 6-da saat 11-də rejimin Təbrizdə yerləşən Cinayət Məhkəməsinin 112-ci şöbəsində olmalıdır.

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal oktyabrın 17-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı. 27 oktyabrda dindirmə prosesinin bitməsindən sonra istintaq təcridxanasından Təbrizin mərkəzi həbsxanasına köçürülüb. 31 oktaybr tarixində isə 200 milyon tümənlik zəmanət qarşılığında zaminə buraxılmışdı.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Britaniya aviasiya sənayesinə tədarüklə bağlı İrana yeni sanksiya tətbiq edib

GADTB: Bu gün Britaniya hökuməti İrana qarşı strateji əhəmiyyət kəsb edən mal və texnologiyalara qarşı …

Xoyun “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 illiyi ilə bağlı keçirilən mərasim ETTELAT tərəfindən ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy bölgəsində “Yarpaq” cəmiyyətinin yaradılmasının 10 …

Bir cavab yazın