Cümə axşamı , Oktyabr 24 2024
azfa

İran ETTELAAT-nın xaricdəki terakt koordinatoru ifşa olundu

GADTB: İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) daxili təhlükəsizlik üzrə nazir müavini Seyid Yəhya Həmidi ləqəbli Seyid Hüseyn Pəncəki Tehran rejiminin xaricdəki müxaliflərinə sui-qəsd planlarının əsas tərtibatçısıdır.

Bu barədə İran Müdafiə Nazirliyində olan mənbə xarici mediaya məlumat sızdırıb.

Bildirilib ki, Hüseyni Pəncəki İranın lideri Əli Xameneinin etibar etdiyi yeni nəsil kəşfiyyat rəhbərlərindən biridir.

23 yanvar 1975-ci il doğumlu Pəncəki Təbrizin Azad Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində (ETTELAAT) “Şəhid Süleymani” bölməsini yaradıb. Bu bölmə dünyanın müxtəlif ölkələrində Tehran hakimiyyətinin müxalifləri və onun ideoloji düşmənlərinin aradan götürülməsi, təxribatların törədilməsinə cavabdehdir.

Təhlükəsizlik və Kəşfiyyat Nazirliyində həm də “İsrail Masası”nın müdiri olan Seyid Hüseyn Pəncəkinin adı 2018-ci ildə Parisdə İrana müxalif Xalq Mücahidləri Təşkilatının qurultayı zamanı terrora cəhddə əli olduğuna görə Avropa Birliyi və Britaniya tərəfindən sanksiyalar siyahısına salınıb.

Həmçinin yoxlayın

GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti sayın Mikayil bəy Oytanın “Reaksiya TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Türk ölkələri Azərbaycan və Qırğızıstan hərbi əməkdaşlıq planı imzaladılar

GADTB: Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğız Respublikasının müdafiə …