Cümə axşamı , Mart 13 2025
azfa

İran hakimiyyəti vətəndaşlardan intiqam almağı artırıb

GADTB: BMT-nin faktaraşdırıcı missiyası bildirib ki, İran hakimiyyəti öz vətəndaşlarına qarşı qisas tədbirlərini gücləndirir və təşkilatın məlumat tələblərinə cavab vermir.

Missiya nəşr etdiyi bəyanatında nümayişçilərə, qadınlara və nümayiş qurbanlarının ailələrinə təzyiqin artmasına toxunub.

“İran hökuməti aqressiv və lazım olmayan güc tətbiqi ilə hələ də özbaşına saxlamaları, ədalətsiz məhkəmələr keçirməyi, habelə qanunlara sığmayan edamlar və nümayiş qurbanları ailələrinə təzyiqləri davam etdirir. Həmçinin missiyanın məlumat almaq üçün tələbləri və suallarını cavablandırmır”, – deyə missiya öz bəyanatında vurğulayıb.

“İran nümayiş qurbanları ailələrinin ədalət tələbinin təmini üzrə öhdəliklərini həyata keçirmək əvəzinə, bundan imtina edir və vətəndaşlarına qarşı basqıları, əvəzaçma hərəkətlərini davam etdirir”, – deyə missiyanın sədri Sara Hüseyn bu barədə qeyd edib.

Həmçinin yoxlayın

Britaniya: “Lazım gələrsə, İrana qarşı tətik mexanizmini işə salacayıq”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün …

Azərbaycanlı milli fəal İbrahim Asimaninin (Azəroğlu) apellyasiya şikayətinə baxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal İbrahim Asimaninin (Azəroğlu) apellyasiya şikayətinə …