Bazar , Oktyabr 18 2026
azfa

İran İnsan Haqları Təşkilatı: “Etiraz aksiyalarında 141 nəfər ölüb”

“İran İnsan Haqları Təşkilatı” öz hesabatında İranda davam edən etirazlarda azı 141 nəfərin həlak olduğunu, onlardan 52 nəfərinin cümə günü Zahedan şəhərində törədilən qətliamda öldüyünü yazıb.

Təşkilatının direktoru Məhmud Əmiri Muqəddəm deyib: “İranda nümayişçilərin öldürülməsi, xüsusilə də Zahedanda baş verən kütləvi qırğın insanlığa qarşı cinayətin bariz nümunəsidir”.

Qeyd edək ki, İranda davam edən hökumət əleyhinə etirazlar sentyabrın 16-da “Əxlaq” polisi tərəfindən Məhsa Əmininin öldürülməsi ilə başlayıb və hələ də davam edir./Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …