Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Yağıntıların artması ilə Urmiya gölünün səviyyəsi 1 metr yüksəlib

GADTB: Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri bildirib ki, 1405–1404-cü su ilinin əvvəlindən etibarən Urmiya gölünün su səviyyəsi təxminən 1 metr artıb.

Höccət Cəbbari bu artımın səbəbini “effektiv yağıntıların çoxalması və gölə tökülən çaylarda səthi axınların bərpa olunması” ilə izah edib.

O, meteoroloji məlumatlara və su hövzəsində yağıntı və su buraxılışı göstəricilərinə istinad edərək qeyd edib ki, hazırda gölə su daxilolma prosesi davam edir və yaxın müddətdə su səviyyəsinin daha da yüksələcəyi gözlənilir.

Cəbbari həmçinin bildirib ki, suyun artması ilə Urmiya gölü Milli Parkında motorlu qayıqların fəaliyyəti yenidən bərpa olunub. Bu isə mühafizəçilərin göldəki adalara hərəkətini asanlaşdırır.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …