Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İran mediası Azərbaycanı qərəzli şəkildə işğalçılıqda ittiham edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın “Vestanews” Xəbər Agentliyi Azərbaycan Respublikasını işğalçı kimi təqdim edib.

Yayılan məqalədə Qərb ölkələrinin Rusiyanı bölgədə sabitliyin pozulmasında günahlandırılmasının yanlış olduğu və guya sabitliyin pozulmasının səbəbkarı Azərbaycandır.

“Vestanews” Xəbər Agentliyi yazıb: “Qərb başçıları bilməlidirlər ki, İrəvanda demokratiya üçün təhlükə Kreml deyil, təhlükə Bakının militarist ekspansionizmidir”.

İran saytı Azərbaycanı cəzalandırmadığına görə Qərb ölkələri tənqid edib.

“Vestanews” Xəbər Agentliyi həmçinin yazıb: “Bakının Ermənistan sərhədləri daxilində, o cümlədən paytaxt İrəvandan 42 kilometr aralıda yerləşən Martuni şəhəri daxilində dinc sakinlərə qarşı əsassız hücumu bir çox cəhətdən Bakının cəzasız qalmasının birbaşa nəticəsidir”.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …