İran Mehridə Ermənistan üçün yeni sərhəd-keçid məntəqəsi tikir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ermənistan-İran sərhədində yerləşən Mehri sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi prosesi 2026-cı ilə qədər davam edəcək. Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Məlumata görə, artıq Mehridə gömrüyün restrukturizasiyası və modernləşdirilməsi üzrə işlərə başlanılıb.

İddia edilir ki, məhz İranla sərhəddə beynəlxalq standartlara cavab verən müasir buraxılış məntəqəsinin tikilməsi istiqamətində xüsusi tədbirlər görüləcək: “Mehridə sərhəd-keçid məntəqəsinin işini tam təmin etmək üçün 4000 kvadratmetrlik tikinti sahəsində ikimərtəbəli inzibati binanın ərsəyə gətirilməsi planlaşdırılır”.

Tikinti işlərini İranın “ Tana Energy Management Company ” şirkəti həyata keçirəcək.

Xatırladaq ki, bir müddət öncə Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bu mövzuda diqqət çəkən açıqlama vermişdi. O demişdi ki, 2022-ci ildə bu işlərə 1,2 milyard dram (3,1 milyon dollardan çox-red.) ayrılması nəzərdə tutulubmuş. Lakin tikintiyə hazırlıq prosedurlarında gecikmələr olub və layihə həyata keçirilməyərək 2023-cü ilə təxirə salınıb.

Qeyd edək ki,Ermənistan İkinci Qarabağ müharibəsindən sonra İranla hərbi-diplomatik əməkdaşlıqla yanaşı, iqtisadi-siyasi əlaqələri də gücləndirib. Rəsmi Tehran əlaqələrin genişləndirilməsində xüsusilə fəallıq nümayiş etdirir.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …