Cümə , Aprel 26 2024
azfa

İran nümayəndə heyəti Ermənistanda səfərdədir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran parlamentinin nümayəndə heyətinin müşayiəti ilə İrəvana səfər edən İran-Ermənistan parlament dostluq qrupunun həmsədri erməni katolikosu, ikinci Qareginlə görüşüb.

Görüşdə Seyid Mehdi Fərşadan vurğulayıb: “Ümid edirik ki, İran və Ermənistanın hökumət və parlament rəsmiləri arasında daha çox dialoq və məsləhətləşmələr aparılması sayəsində enerji, kənd təsərrüfatı məhsulları, nəqliyyat, maşınqayırma və birgə məhsulların istehsalı da daxil olmaqla müxtəlif sektorlarda ticarət-iqtisadi əməkdaşlığın inkişafının şahidi olacağıq”.

Görüşün əvvəlində İranla Ermənistan arasında dostluq münasibətlərinə toxunan Fərşadan deyib: “İki ölkənin qonşuluq münasibətlərinin və xalqlarımız arasında çoxəsrlik əlaqələrin olduğunu nəzərə alaraq, İran İslam Cümhuriyyəti iki ölkə arasında əməkdaşlığın dərinləşməsində maraqlıdır və ölkələrimiz arasında dostluq əlaqələrini möhkəmləndirəcək istənilən təşəbbüsü alqışlayır”.

O, Ermənistanla Azərbaycan arasında müharibənin baş verməsindən və minlərlə günahsız insanın həlak olmasından təəssüfləndiyini bildirərək əlavə edib: “Biz həmişə beynəlxalq qanunlara və normalara hörmətlə yanaşmağın, ölkələrin suverenliyini və ərazi bütövlüyünü qorunmasının zəruriliyini vurğulamışıq”.

Erməni katolikosu, ikinci Qaregin də öz növbəsində, İran və Ermənistan parlament nümayəndə heyətini salamlayıb və İran nümayəndə heyətinin missiyasının uğurlu olacağına ümidvar olduğunu bildirərək qeyd edib: “İki ölkə arasında dostluğun qədim tarixi var”.

Sitat: “Biz şadıq ki, hazırkı əməkdaşlıq bu müsbət təcrübəyə əsaslanır. Ermənistan vətəndaşları əsrlər boyu İran rəsmiləri tərəfindən dəstəklənib. İranda ermənilərə verilən çoxsaylı azadlıqlar və imkanlar bizi sevindirir və buna görə təşəkkür edirik”.

Qeyd edək ki, 2020-ci ildə Ermənistala Azərbaycan arasında baş verən Qarabağ savaşının Azərbaycanın qələbəsi ilə bitəcəyini görən İran hökuməti müharibənin sonlarına yaxın Qarabağın İslam torpağı olduğunu sözdə etiraf edib. Belə olduğu halda, İran rejimi erməni terrorçularının Qarabağda qanunsuz yerləşdiyini də təsdiq etmiş olur. Hansı ki, Qarabağın Azərbaycan torpağı olması beynəlxalq hüquq normaları tərəfindən də qorunur. Hazırda isə İrəvanda səfərdə olan İran-Ermənistan parlament dostluq qrupunun həmsədri Seyid Mehdi Fərşadan Qarabağ savaşında ölən ermənilərin dırnaqarası “şəhid” olduğunu iddia edir. Bəs İslam dinində başqasının torpağını işğal edərək orada terrordan tutmuş, narkotik satışına kimi qeyri-leqal fəaliyyətlər törətmək haram və qadağan buyurulmayıb?!

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …