Cümə , Aprel 26 2024
azfa

Uğur Şahin: Təkcə vaksinlə pandemiyanın qarşısını ala bilməyəcəyik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “BioNTech”in qurucusu, twrk professor Uğur Şahin Fransanın “Le Monde” qəzetinə müsahibəsində deyib Vaksinlər təkbaşına pandemiyanın qarşısını ala bilməyəcək.

Peyvəndin “omikron” variantına qarşı effektivliyindən danışan professor qeyd edib ki, Britaniya və Cənubi Afrikadan əldə edilən ilkin məlumatlara görə, üçüncü dozadan sonra vaksinlərin effektivliyi təxminən 70, ikinci dozadan sonra isə 20-40 faizdir:

“3 dozadan 3 ay sonra effektivliyin təxminən 25 faizə düşdüyünü irəli sürən araşdırmanın doğruluğunu qiymətləndirmək üçün əlimizdə daha çox məlumat olmalıdır. Lakin peyvəndlərin zamanla “omikron”a qarşı təsiri yox olacaq, bu, çox böyük ehtimaldır. Mən proqnozları ilkin laboratoriya məlumatlarına deyil, real həyat məlumatlarına əsaslandıracağam.

Aydındır ki, peyvəndlərin birinci virusa qarşı əldə etdiyimiz 95 faizlik effektivlikdən çox uzağıq. Ancaq üçüncü dozadan sonra peyvəndimiz hər cür xəstəliyə qarşı 70 və ya 75% qoruma təmin edir. Bu, ümumilikdə vaksin üçün hələ də yaxşı nəticədir.

3 dəfə peyvənd edilmiş insanlar da xəstəliyi keçirə bilər, odur ki, bu qış qoruyucu tədbirlərin davam etdirilməsinə ehtiyac var. “Omikron”a qarşı xüsusi bir peyvənd hazırlanır, “BioNTech” bu peyvəndi mart ayına qədər hazır etməyi planlaşdırır”.

Məlumat üçün bildirək ki, Böyük Britaniyanın “Mirror” qəzeti “omikron”un 5 yeni əlamətini açıqlayıb:

Boğazda qaşınma hissi

Quru öskürək

Həddindən artıq gərginlik

Yüngül əzələ ağrıları

Gecə tərləməsi

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …