GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi İran qüvvələrinin universitetdə etirazçı öyrəncilərə hücumuna mane olan Zəngan Universitetinin rektorunu istefaya göndərdi.
Cəlal Bazərqan polis və ETTELAAT qüvvələrinin Universitetə girişinə və öyrənciləri həbs etməsinə mane olduğu üçün işdən çıxarılıb.
Azərbaycanlı rektorun molla rejiminin qüvvələrinin Universitetə hücumu zamanı qapıların bağlanmasına göstəriş verdiyi və məmurların qapıları açmaq tələbini yerinə yetirmədiyi bildirilir.
Qeyd edək ki, irqçi fars-molla rejimi universitetdə öyrəncilərin dinc etirazlarını da silah gücünə yatırmağa çalışır.