İran rəsmiləri uzaqdan Azərbaycanı hədələyir, Bakıya gələndə yalan danışmağa başlayırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycandakı səfiri yalan danışıb Araz qırağına ordu yeritmələrini Azərbaycana qarşı olmadığını və mətbuatın səhv məlumat yaydığını iddia etsə də, Xameneinin Ərdəbildəki nümayəndəsindən sonra Təbrizdəki nümayəndəsi də yenidən Azərbaycanı hədələdi.

Ali-Haşim guya İsrailin Azərbaycandakı “əlaltılarına” xəbərdarlıq edərək deyib: Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, ancaq bölgədəki sionist rejimin muzdlularının bizə qarşı təxribat törətməsinə də yol verməyəcəyik.

Seyid Məhəmmədəli Ali Haşim Təbrizdə bu həftənin cümə cümə namazının xütbələrində bunları söyləyib: İmam Hüseyn (ə), Aşura və Ərbəin İran və Azərbaycan xalqlarını birləşdirən ən əsas qırılmaz tellərdir və sionist rejimi əlaltılarının çirkin açıqlamalarının İran və Azərbaycan şiələrinin birliyinə və həmrəyliyinə heç bir təsiri yoxdur.

Onun sözlərinə görə, İran İslam Cumhuriyyəti, inqilabın ali rəhbərindən tutmuş hökumətə və adi insanlara qədər bütün səviyyələrdə Azərbaycan Cumhuriyyətinin müstəqilliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləyib, ancaq bəziləri bu həqiqəti görmür və ya görmək istəmirlər.

Azərbaycan rəsmilərinə də vurğulayıram ki, sionist rejimi bölgədə, xüsusən də müsəlman ölkələrində fitnə və qeyri-sabitlik yaratmağa çalışır, çünki bu saxta rejimin həyatı fitnə və İslam ümməti arasında müharibə salmaq üzərində qurulub.

Qeyd edək ki, həm birinci və ikinci Qarabağ savaşlarında, həm də hal-hazırda Ermənistan üçün bir növ nəfəsyolu rolunu oynayan və bu işğalçı rejimə hərtərəfli siyasi, iqtisadi və hərbi dəstəyini əsirgəməyən İran hökuməti Qarabağ müharibəsindən sonra da bu adətindən əl çəkmir, üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini riyakarcasına bildirsə də, əməldə öz yük maşınları ilə Ermənistana, oradan isə Qarabağa naməlum və şübhəli yüklər daşıyır və beləliklə Azərbaycanın ərazi bütövlüyünü kobudcasına pozmuş olur.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və dr.İmbat bəy Muğlunun “Media Turk TV”-də “Paşinyan Turan birliyini dəstəklədi – İstanbulda şok açıqlama” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

NYT: “Xameneyi ölümdən qorxaraq özünə üç varis seçib”

GADTB: “The New York Times” yazır ki, İsrailin Tehrana şiddətli hücumlarından sonra İranın ali rəhbəri …