Çərşənbə , Oktyabr 21 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Şəhruz Bərzgəri mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim dünən azərbaycanlı milli fəal Şəhruz Bərzgəri mühakimə etdi.

Azərbaycanlı milli fəal şərlənərək, vəzifə başında döydüyü Əli Məzlumi Yengi adlı şəxsin şikayəti əsasında, eləcə də “mitinqdə qanunsuz iştirak etmək” və “rejimin məmurlarına tabe olmamaq” ittihamlarından mühakimə edilib.

Qeyd edək ki, Əbülfəz Kəraməti iyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarına dəstək məqsədilə keçirilən etirazlarda rejimin məmurları tərəfindən yaxalanmışdı. Azərbaycanlı fəal daha sonra vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı milli fəalın oktyabrın 25-də rejimin Təbrizdəki İkinci Cinayət Məhkəməsinin 112-ci şöbəsində olması istənilmişdi.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …