Bazar , Oktyabr 18 2026
azfa

İran rejimi Hüseyn və Məhəmmədrza Əmani qardaşlarını yaxalamağa çalışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı milli-mədəni fəallar Hüseyn və Məhəmmədrza Əmani qardaşlarını yaxalamağa çalışıb.

Lakin azərbaycanlı qardaşlar evdə olmadıqları üçün onları yaxalaya bilməyiblər. Rejimin məmurları fəallardan tələb ediblər ki, onlar rejimin ETTELAAT İdarəsinə müraciət etsinlər.

Avqustun 21-də ETTELAAT məmurları Güney Azərbaycannın Şəbistər şəhərinin Nadarlı kəndində yaşayan azərbaycanlı milli-mədəni fəallar Hüseyn və Məhəmmədrza Əmani qardaşlarını yaxalamaq üçün onların evinə hücum ediblər.

Azərbaycanlı fəallar evdə olmadığı üçün onları həbs etmək mümkün olmayıb. Ona görə məmurlar Əmani ailəsindən qardaşların bir sıra suallara cavab vermək üçün Mərənd şəhərindəki ETTELAAT İdarəsinə getmələrini istəyiblər.

Siyasi elmlər üzrə Hüseyin Əmani və psixologiya üzrə təhsil almış Məhəmmadrza Amani “Mişov Qartaları” Azərbaycan rəqs qrupunun rəhbərləridirlər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …