Çərşənbə , Sentyabr 23 2026
azfa

Savalanda Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərindən bir qrup azərbaycanlı milli-mədəni fəal və dağçı Savalan dağında toplaşıb plakatlar açmaqla Urmiya gölünü qurudan İran rəsmilərinə öz etirazlarını bildiriblər.

Güney Azərbaycan şəhərləri -Təbriz, Xiyov, Muğan, Sulduz, Tehran və Ərdəbildən olan azərbaycanlı milli-mədəni fəallar aşağıdakı şüarlar yazılmış plakatlar açıblar:

“Urmu gölü olmasa mən Savalan daşacağam,

Urmu gölüm səni yaşatmaq üçün hər an selə dönə bilərik

Urmu gö… çölü bir acı ölümə bir addım qalır”

Qeyd edək ki, azərbaycanlı fəallar hər il bu günlərdə İran rejiminin ciddi nəzarətinə baxmayaraq Savalan dağına gedir və orada İran rejiminin anti-Azərbaycan siyasətinə etiraz edib, milli şüarlar səsləndirirlər.

İran rejimi Urmiya gölünü qurutmaqla Azərbaycanı xarabalığa çevirmək istəyir. Bu isə haqlı olaraq azərbaycanlı fəalların etirazı ilə qarşılaşıb. Etirazlardan sonra gölün bərpasına söz verən rejim öz sözünü tutmayıb, əksinə Xəzər və Körfəzdən farsların yaşadığı çöllərə su milyardlar xərcləməklə su çəkiblər.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …