Çərşənbə axşamı , Aprel 14 2026
azfa

İran rejiminin həbs etdiyi Məhəmməd Eynidən heç bir məlumatın olmaması ciddi narahatlıq doğurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney azərbaycanlı milli-mədəni fəallar ssosial mediada paylaşım edərək azərbaycanlı milli fəal Məhəmməd Eyninin durumundan xəbərsiz olduqları üçün onun taleindən nigəran olduqlarını yazıblar.

Fəallar Eyninin qanunsuz həbsinin gündəmdə saxlanılmasını, onun barəsində ailəsi və yaxınlarına məlumat verilməsi üçün ictimai şəbəkələrdə fəallıq göstərilməsinin vacibliyini qeyd ediblər.

Fəalın ailə üzvlərinin bildirdiyinə görə yanvarın 23-də ETTELAAT İdarəsinə çağrılan azərbaycanlı milli-mədəni fəalın harada saxlanıldığı barədə məlumat vermirlər.

Bildirilib ki, azərbaycanlı mili fəalın yaxənları Gilan əyalətinin Rəşt şəhərinin təhlükəsizlik idarəsi, polis bölməsi və məhkəmə orqanlarına müraciətlərinə təhqiramiz formada cavab verilərək, onlar hədələnib.

Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə İran rejimi onları yaxalamışdı.

Azərbaycanlı mili fəallar şərlənərək, “Ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “Sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdular. Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdir.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …